Modern.az

Almaniya XİN başçısı İsraildə

Almaniya XİN başçısı İsraildə

Dünya

13 Oktyabr 2023, 17:44

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrailə səfər edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, israilli həmkarı Eli Kohenlə görüşüb.

 

Onlar birlikdə Qəzza zolağının yaxınlığındakı Netivot şəhərinə səfər ediblər.

 

“İsrailin beynəlxalq hüquq çərçivəsində özünü bu terrordan müdafiə etmək hüququ var. HƏMAS-ın hərəkətlərinə heç bir bəraət qazandırmaq mümkün deyil”, - Berbok bildirib.

 

"HƏMAS yaraqlıları indi xalqın arxasında gizlənirlər. Onlar Qəzzanın bütün əhalisini girov götürüblər. Tunellər və silah anbarları evlərin, supermarketlərin və xəstəxanaların altında yerləşir”, - o əlavə edib.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!