Modern.az

Radikal ultra-sağçı deputat ukraynalı sürücülərin cərimələnməsini tələb edib

Radikal ultra-sağçı deputat ukraynalı sürücülərin cərimələnməsini tələb edib

Dünya

17 Oktyabr 2023, 15:08

Almaniyanın cənubunda onlar ukraynalıları yol hərəkəti cərimələrindən azad edilməsinin dayandırılması təklif olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" yazıb.

 

Belə ki, Ştutqart şəhərinin 1995-ci ildə qəbul edilmiş yerli qanununa əsasən, əcnəbi avtomobil sahibləri qanunsuz parklama və ya sürət həddini aşmağa görə cərimələrdən azaddırlar. Son vaxtlar Ukraynadan olan sürücülər arasında 2000-ə yaxın belə qayda pozuntusu qeydə alınıb.

 

Baden-Vürtemberq əyalətinin federal deputatı Ruben Rapp (radikal ultra-sağçı AfD Partiyasını təmsil edir - red.) təklif edib ki, sözügedən qanun ukraynalılara şamil olunmasın.

 

"Ukraynalı yol hərəkəti qaydalarını pozanlar, almanlar və Aİ ölkələrindən olan əcnəbilərdən fərqli olaraq, cərimələrdən azad olurlar. Mən Almaniyada yaşayan bütün ukraynalılardan nəhayət bərabər şərait yaratmaq üçün avtomobillərini qeydiyyatdan keçirmələrini tələb edirəm”, - o deyib.

 

Qeyd edək ki, Almaniyadakı xarici avtomobillər ölkədə 1 il qaldıqdan sonra yerli nömrələr almalıdırlar. Ukraynalılar üçün bu müddət 2024-cü ilin aprel ayına qədər uzadılıb, lakin onlardan avtomobillərini sığorta etdirmələri tələb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!