Polis Rusiya prezidentinin keçmiş köməkçisi Vladislav Surkovun məqaləsinin Rusiya qanunlarına uyğunluğunu yoxlayır.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, polisə Surkovun “Şimalın doğulması” məqaləsini yoxlamaq üçün müraciət daxil olub.
Həmin məqalə bu il sentyabrın sonunda “Aktual şərhlər” nəşrində dərc olunub. Surkov orada ABŞ, Avropa və Rusiyanın yaxınlaşmasından bəhs edib. Onun iddiasına görə, bunun sayəsində Moskva lider olacaq.