Modern.az

Özdağ Davutoğlunu məhkəməyə verdi - ABŞ-ın adamıdır

Özdağ Davutoğlunu məhkəməyə verdi - ABŞ-ın adamıdır

Dünya

17 Oktyabr 2023, 17:38

Türkiyədə ultra-sağçı Zəfər Partiyasının sədri Ümit Özdağ sabiq baş nazir və XİN başçısı, Gələcək Partiyasının sədri Ahmet Davutoğlunu məhkəməyə verib.

 

Modern.az xəbər verir ki, Özdağ bu barədə X-də paylaşım edib.

 

"Ahmet Davutoğlunu məhkəməyə verəcəyimi demişdim. Verdim", - o yazıb.

 

Özdağ Davutoğlunu "ABŞ-ın adamı" adlandırıb: "İndi Amerikan dövlətinin intellektual bazisini formalaşdıran "Foreign Affairs" jurnalına görə ABŞ-ın Ankaradakı adamı olan Davutoğlu ilə məhkəmədə hesablaşacağıq".

 

Hələlik Davutoğlu məsələyə münasibət bildirməyib.

 

Qeyd edək ki, iki siyasətçi arasında bundan əvvəl də söz atışması səviyyəsində qalmaqal yaşanıb.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...