Modern.az

Kansler İsraildə qorxulu anlar yaşadı

Kansler İsraildə qorxulu anlar yaşadı

Dünya

17 Oktyabr 2023, 23:50

Almaniya kansleri Olaf Şolts İsraildən uçmağa hazırlaşan zaman Ben Qurion hava limanı raket hücumuna məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

 

Zərbələrdən sonra o, hökumət təyyarəsini tərk etməli olub.

 

Xəbərdarlıq siqnalı çalan zaman kansler və bütün sərnişinlər artıq təyyarədə əyləşmişdilər. Bütün sərnişinlərdən dərhal təyyarəni tərk etmələri və yerə uzanmaları tələb olunub.

 

Kansler yaxınlıqdakı konteynerə, oradan isə sığınacağa qaçıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!