ABŞ prezidenti Co Bayden İsrailə yola düşüb.
Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilir ki, o, İsrailin dövlət və hökumət başçısı ilə görüşəcək.
Bayden İordaniya kralı ilə məsləhətləşdikdən sonra Əmmana səfərini ləğv edib.
İordaniya oktyabrın 18-də keçiriləcək Əmman sammitini ləğv edib.
İordaniyanın xarici işlər naziri “müharibənin bitməsindən başqa bir şey haqqında danışmağın faydasız” olduğunu bildirib.