Modern.az

Əgər Rusiya edibsə, Baltik dənizi bağlanmalıdır - Prezident

Əgər Rusiya edibsə, Baltik dənizi bağlanmalıdır - Prezident

Dünya

20 Oktyabr 2023, 17:50

"Finlandiya və Estoniya arasında "Balticconnector" qaz kəmərinin zədələnməsində Rusiyanın iştirakı sübuta yetirilərsə, NATO Baltik dənizini gəmilər üçün bağlamalıdır".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Latviya prezidenti Edqars Rinkevits deyib.

 

“Əlbəttə, bu, dəniz hüququ sahəsində bir sıra normalara təsir edən məsələdir, lakin Rusiyanın iştirakı sübuta yetirilərsə, o zaman bizim kritik infrastrukturumuzun qorunması imkanlarını müzakirə etmək lazım gələcək.

 

Biz Baltik dənizini bağlaya bilərik”, - deyə o izah edib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!