Modern.az

Bayden Konqresdən 106 milyard dollar istədi

Bayden Konqresdən 106 milyard dollar istədi

Dünya

20 Oktyabr 2023, 20:06

ABŞ prezidenti Co Bayden Ukrayna və İsrailə yardım, eləcə də müdafiə-sənaye kompleksinin gücləndirilməsi üçün Konqresdən 106 milyard dollar istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Bildirilir ki, bu vəsaitin 61,3 milyard dolları Ukrayna üçün nəzərdə tutulub.

 

Müdafiə büdcəsinə müvafiq düzəlişlər layihəsi artıq təsdiq olunmaq üçün ABŞ Konqresinin Nümayəndələr Palatasının müvəqqəti spikeri respublikaçı Patrik MakHenriyə göndərilib.

 

Sənədə görə, Ukraynaya yardım üçün ayrılan məbləğin 30 milyard dolları Kiyevə silah verilməsinə, 14,4 milyard dolları Ukrayna ordusuna kəşfiyyat və müdafiə dəstəyinin göstərilməsinə, 16,3 milyard dolları isə humanitar yardıma yönləndiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!