"Mançester Yunayted"in keçmiş kapitanı Ser Bobbi Çarlton 86 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə “Mançester Yunayted”in saytında yer alan məlumatında deyilir.
“Mançester Yunayted klubumuzun tarixinin ən böyük və ən sevilən oyunçularından biri olan Ser Bobbi Çarltonun vəfatından kədərlənir. Ser Bobbi təkcə Mançesterdə və Böyük Britaniyada deyil, futbolun oynanıldığı bütün dünyada milyonlarla insanın qəhrəmanı olub", - klubun açıqlamasında deyilir.
Bobbi Çarlton karyerasının çox hissəsini kapitan olduğu “Mançester Yunayted”ə keçirib. 47 ildən artıqdır ki, o, İngiltərə üçün ən çox oyun keçirən rekorda sahibdir (106). Bu rekord daha sonra Bobby Moore və Peter Shilton tərəfindən qırılıb.
1983-cü ildən futbolçu "Mançester Yunayted"in direktorlar şurasının üzvüdür.