Modern.az

Şröder Ukrayna və Rusiya arasında vasitəçi olmaq istəyib

Şröder Ukrayna və Rusiya arasında vasitəçi olmaq istəyib

Dünya

21 Oktyabr 2023, 21:43

Almaniyanın keçmiş kansleri Cerard Şröder 2022-ci ildə Ukrayna və Rusiya arasında münaqişənin həllinə kömək etmək üçün vasitəçi olmağa çalışıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib.

 

Şröderin sözlərinə görə, o, beş bənddən ibarət “sülh planı” hazırlayıb. Planda Krımın Rusiya ərazisi olaraq qalması nəzərdə tutulub.

 

Sabiq kansler bildirib ki, 2022-ci ildə ona Ukraynadan Moskva və Kiyev arasında vasitəçi kimi çıxış edib Rusiya prezidenti Vladimir Putinə mesaj çatdıra biləcəyi ilə bağlı müraciət edilib. O, Ukrayna tərəfdən həmsöhbətlərindən biri kimi hazırkı müdafiə naziri Rustem Umerovun adını çəkib. Şröderin sözlərinə görə, o, “Ukrayna prezidenti Zelenskiyə yaxın adamlardan biridir”.

 

Məsləhətləşmələr zamanı Almaniyanın keçmiş kansleri Ukrayna ilə bağlı öz “sülh planı” ilə çıxış edib. 

 

O, Krımın “Rusiya Federasiyasının tarixi hissəsi” olduğunu iddia edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!