Modern.az

Ərdoğan HƏMAS lideri ilə nələri müzakirə etdi...

Ərdoğan HƏMAS lideri ilə nələri müzakirə etdi...

Dünya

21 Oktyabr 2023, 21:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Telefon danışığında Ərdoğan Türkiyənin humanitar yardımın Qəzzaya çatması və yaralıların lazım gəldikdə Türkiyədə müalicə oluna bilməsi üçün səy göstərdiyini, bölgədə atəşkəsin mümkün olduğu qədər tez təmin edilməsi üçün çalışdığını bildirib.

 

Ərdoğan, həmçinin 1967-ci il sərhədlərində paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin probleminin qalıcı həllinə nail ola bilməyəcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!