Modern.az

ABŞ Yaxın Şərqdə raketdən müdafiə sistemləri yerləşdirəcək

ABŞ Yaxın Şərqdə raketdən müdafiə sistemləri yerləşdirəcək

Dünya

22 Oktyabr 2023, 08:53

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD (Terminal High Altitude Area Defence) raketdən müdafiə sistemlərinin və əlavə "Patriot" zenit-raket komplekslərinin batareyasının yerləşdirilməsinə göstəriş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

 

L.Ostin qeyd edib, ABŞ Prezidenti Co Baydenlə məsləhətləşmələrdən sonra ölkənin Müdafiə Nazirliyinin regionda mövqeyini gücləndirmək qərarı verilib.

 

"Mən həmçinin Amerika qüvvələrinin müdafiəsini gücləndirmək üçün bölgəyə THAAD batareyası və əlavə Patriot batalyonlarının yerləşdirilməsinə göstəriş vermişəm", - deyə L.Ostin qeyd edib. O, həmçinin "hazırlığı və lazım gələrsə, tez cavab vermək qabiliyyətini artırmaq" üçün əlavə qoşunların yerləşdirilməsi üçün göstəriş veriləcəyini deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!