Modern.az

Rusiya Xarkovu vurdu - 6 ölü, 14 yaralı

Rusiya Xarkovu vurdu - 6 ölü, 14 yaralı

Dünya

22 Oktyabr 2023, 09:17

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətində poçt terminalını atəşə tutması nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleh Sinehubov teleqramda bildirib.

 

“Zərərçəkənlər arasında vəziyyəti ağır olanlar da var. Həkimlər bütün lazımi yardımları göstərirlər”, - Sinehubov yazıb.

 

Ukrayna Prezidenti Volodimir Zelenski də teleqramda qeyd edib ki, Rusiyaya qarşı təzyiqlər artırılmalı və mülki infrastruktura yönələn həmlələrə ön xətdə əldə olunan nəticələrlə cavab verilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!