Modern.az

Almaniyaya qeyri-leqal miqrasiya ARTIB

Almaniyaya qeyri-leqal miqrasiya ARTIB

Dünya

22 Oktyabr 2023, 12:00

Bu ilin sentyabr ayında Almaniyaya 21 366 qeyri-leqal miqrant gəlib.

 

"Modern.az"ın xəbərinə görə, bu barədə Almaniya Federal Polisi məlumat yayıb.

 

Bu, 2016-cı ilin fevralından sonrakı dövrdə qeydə alınan ən yüksək aylıq göstəricidir. 2016-cı ilin fevralında Almaniyaya 25 650 qeyri-leqal miqrant gəlib.

 

Ümumiyyətlə, son 7 ayda Almaniyaya qeyri-leqal miqrasiyada stabil artım müşahidə olunur. Bu ilin yanvar-sentyabr aylarında Almaniyaya 92 119 qeyri-leqal miqrant gəlib. Əgər bu tendensiya davam edərsə, 2023-cü ildə qeyri-qanuni miqrasiya sahəsində göstərici 2016-cı ildə qeydə alınan 112 min miqrant göstəricisindən çox olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!