Modern.az

Qəzzada ölənlərin sayı 4651 nəfərə çatdı

Qəzzada ölənlərin sayı 4651 nəfərə çatdı

Dünya

22 Oktyabr 2023, 16:03

Oktyabrın 7-də Yaxın Şərqdə münaqişənin növbəti dəfə gərginləşməsindən sonra İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 4 651 nəfərə çatıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

 

Həyatını itirənlərdən 1 873 nəfəri uşaq, 1 023 nəfəri qadın, 187 nəfəri yaşlıdır.

 

Qeyd edək ki, yaralıların sayı 14 245 nəfərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!