Modern.az

İsrail girov götürülmüş şəxslərin sayını AÇIQLADI

İsrail girov götürülmüş şəxslərin sayını AÇIQLADI

Dünya

22 Oktyabr 2023, 16:30

Qəzza zolağının HƏMAS partiyasının hərbi qanadının hücumu nəticəsində 212 nəfər girov götürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Hagari açıqlayıb.

 

Onun sözlərinə görə, girov götürülənlərin ailələrinə bununla bağlı məlumat verilib.

 

İsrail Müdafiə Qüvvələri daha əvvəl HƏMAS-ın 200-dən çox adamı girov götürdüyünü bildirmişdi.

 

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. İsrailin cavab əməliyyatı “Dəmir qılınclar” adlanır. Əməliyyatın məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!