Modern.az

Qəzzaya növbəti yardım göndərildi - 17 maşın

Qəzzaya növbəti yardım göndərildi - 17 maşın

Dünya

22 Oktyabr 2023, 19:41

Misirdən Qəzza zolağına növbəti humanitar yardım göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Misirin “Al-Qahera News” telekanalı məlumat yayıb.

 

Bildirilib ki, humanitar yardım daşıyan 17 yük maşınından ibarət ikinci karvan Misirin Qəzza zolağı ilə sərhədindəki Rəfah keçid məntəqəsindən keçməyə başlayıb.

 

Qəzza zolağının sakinləri üçün ərzaq və dərman daşıyan ilk 20 yük maşını dünən, oktyabrın 21-də Rəfahdan keçid edib. Keçid məntəqəsi təxminən iki saat açıq olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!