Modern.az

Qəzzada BMT-nin 29 əməkdaşı həlak olub

Qəzzada BMT-nin 29 əməkdaşı həlak olub

Dünya

22 Oktyabr 2023, 21:49

Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) 29 əməkdaşı həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.

 

“Biz şokdayıq və yas içindəyik. Oktyabrın 7-dən Qəzzada 29 həmkarımızın öldürüldüyü təsdiqlənib”, - agentliyin "X" sosial şəbəkə hesabında bildirilib.

 

Məlumata görə, həlak olanların təxminən yarısı Fələstin məktəblərində müəllim işləyirdi.

 

Qeyd edək ki, son məlumatlara görə, oktyabrın 7-dən İsraildə 1,4 min, Qəzza zolağında isə ölənlərin sayı 4,3 min nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!