Modern.az

Roma Papası Baydenlə Yaxın Şərqdəki münaqişəni müzakirə etdi

Roma Papası Baydenlə Yaxın Şərqdəki münaqişəni müzakirə etdi

Dünya

22 Oktyabr 2023, 23:19

ABŞ prezidenti Co Bayden Roma Papası Fransisk ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Bildirilir ki, telefon danışığı zamanı İsrail və Fələstinin HƏMAS qruplaşması arasında Yaxın Şərqdə davam edən münaqişə müzakirə edilib.

 

Məlumata görə, həmsöhbətlər “regionda eskalasiyanın qarşısını almaq və Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün çalışmağın zəruriliyini” vurğulayıblar.

 

Vatikandan bildirilib ki, təxminən 20 dəqiqə davam edən telefon danışığında "dünyadakı münaqişəli vəziyyətlər və sülh yollarının müəyyənləşdirilməsi zərurətinə diqqət yetirilib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!