Modern.az

Tramp Vaşinqtonu dünyanın ən təhlükəli paytaxtı adlandırdı

Tramp Vaşinqtonu dünyanın ən təhlükəli paytaxtı adlandırdı

Dünya

23 Oktyabr 2023, 08:48

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonu dünyanın ən təhlükəli paytaxtı adlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Truth Social”dakı səhifəsində yazıb.

 

"Vaşinqton çirkli, cinayətlə dolu ölüm tələsinə çevrilib. O, indi dünyanın bəlkə də ən təhlükəli paytaxtıdır", - deyə Ağ Evin keçmiş sahibi bildirib. Tramp prezident seçiləcəyi təqdirdə, şəhəri təmizləyəcəyini, təmir edəcəyini və yenidən quracağını vəd edib.

 

Bundan əvvəl eks-prezident Amerikanın hazırkı lideri Cozef Baydenin administrasiyasını miqrasiya siyasətinə görə tənqid edərək deyib ki, nəticədə ABŞ “zibilxanaya” çevrilib. Siyasətçi qeyd edib ki, Amerika şəhərləri evsiz insanlar, narkomanlar və zorakı cinayətkarlarla doludur.

 

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Tramp 2022-ci ilin noyabrında prezidentlik uğrunda mübarizə aparacağını açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!