Modern.az

ABŞ Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

ABŞ Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

Dünya

23 Oktyabr 2023, 08:54

ABŞ səlahiyyətliləri öz vətəndaşlarına “gözlənilməz təhlükəsizlik vəziyyəti səbəbindən” dərhal Livanı tərk etməyi tövsiyə edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

 

Sənəddə qeyd olunur ki, Livandakı ABŞ vətəndaşları gözlənilməz təhlükəsizlik vəziyyətinə görə dərhal ölkəni tərk etməlidirlər. "Dövlət Departamenti ABŞ vətəndaşlarına Livana səyahət etməməyi şiddətlə tövsiyə edir. Biz Livandakı ABŞ vətəndaşlarını hazırda kommersiya variantları ilə ölkəni tərk etmək üçün müvafiq tədbirlər görməyə çağırırıq”, - deyə məlumatda vurğulanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!