Modern.az

Makron sabah İsrailə gedir

Makron sabah İsrailə gedir

Dünya

23 Oktyabr 2023, 10:08

Fransa prezidenti Emmanuel Makron sabah, oktyabrın 24-də İsrailə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Səfərin əsas məqsədi İsrailə dəstək verməkdir.

 

E.Makronun İsrailin rəsmi şəxsləri, o cümlədən həmkarı İsxak Hersoqla görüşü gözlənilir.

 

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...