Modern.az

ATƏŞKƏS OLMAYACAQ - İsrail rəsmisi

ATƏŞKƏS OLMAYACAQ - İsrail rəsmisi

Dünya

23 Oktyabr 2023, 10:50

"Qəzza zolağında atəşkəs olmayacaq".

 

Modern.az xəbər verir ki, bunu yüksək rütbəli İsrail rəsmisi CNN-ə girovların azad edilməsi üçün aparılan danışıqları şərh edərkən deyib.

 

"İsrail və ABŞ oğurlananların mümkün qədər tez azad edilməsini istəyir, lakin humanitar səylərin HƏMAS-ın məhv edilməsi missiyasına təsir etməsinə icazə verilməməlidir", - rəsmi əlavə edib.

 

Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!