Qəzza zolağının əhalisi üçün humanitar yardım aparan yük maşınlarından ibarət karvan "Rəfah" keçid məntəqəsindən keçərək Fələstin anklavına daxil olub.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Qahira” telekanalı məlumat yayıb.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.