Modern.az

Kreml Paşinyanın səfir namizədinə YOX dedi

Kreml Paşinyanın səfir namizədinə YOX dedi

Dünya

23 Oktyabr 2023, 17:04

Rusiya Ermənistanın yeni səfir təyinatına mane olub.

 

Modern.az xəbər verir ki, Ermənistanın “news24.am” nəşri məlumat yayıb.

 

Bildirilir ki, Moskva Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Qurgen Arsenyanın Ermənistanın Rusiyadakı səfiri təyin olunması təklifini rədd edib.

 

Xatırladaq ki, erməni KİV-lərində bir müddət əvvəl Paşinyanın Ermənistanın Rusiyadakı səfiri Vağarşak Harutyunyanı dəyişdirmək və onu Qurgen Arsenyan ilə əvəz etmək istəməsi barədə məlumatlar yayılıb.

 

Məlumata görə, Kreml Arsenyanın anti-Rusiya çıxışlarından narahat olub və onun səfir olmasını istəməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!