Modern.az

Ermənistan onu səfir göndərmək istədi - Rusiya rədd etdi

Ermənistan onu səfir göndərmək istədi - Rusiya rədd etdi

Dünya

23 Oktyabr 2023, 17:35

Rusiya Ermənistan parlamentinin "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Qurgen Arsenyanın Ermənistanın Rusiyadakı səfiri təyin olunması təklifini rədd edib.

 

Modern.az bu barədə erməni mediasına istinadən xəbər verir.

 

Qeyd edək ki, bir qədər əvvəl erməni mediasında ölkə rəhbərliyinin Rusiyadakı səfir Vaqarşak Arutyunyanı Qurgen Arsenyanla əvəz etmək niyyətində olduğuna dair məlumatlar yayılıb.

 

Görünür ki, Rusiya tərəfi, aqreman verməkdən imtina etməzdən əvvəl Qurgen Arsenyanın Ermənistan parlamentində çıxışlarında bir sıra anti-Rusiya bəyanatlarına diqqət yetirib.

 

Xatırladaq ki, Qurgen Arsenyan Rusiya rəhbərliyinin Ermənistana təhlükəsizliyini möhkəmləndirməkdə mane olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!