Kanada xarici işlər naziri Melani Coli Ermənistana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, o, oktyabrın 25-dən 27-dək Ermənistanda səfərdə olacaq.
Coli ermənistanlı həmkarı Ararat Mirzoyan, Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistan Prezidenti Vahaqn Xaçaturyan ilə görüşəcək.
Nazir, həmçinin Kanadanın Ermənistandakı səfirliyinin açılışında iştirak edəcək.