Modern.az

Ərdoğan İsveçlə bağlı sənədi parlamentə GÖNDƏRDİ

Ərdoğan İsveçlə bağlı sənədi parlamentə GÖNDƏRDİ

Dünya

23 Oktyabr 2023, 18:27

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu parlamentə göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

“İsveçin NATO-ya qəbulu ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan protokol Türkiyə Böyük Millət Məclisinə təqdim edilib”, - məlumatda deyilir.

 

Protokol TBMM tərəfindən qəbul edildikdən sonra imzalanması üçün yenidən prezidentə qaytarılacaq. 

 

Parlamentin protokolu nə vaxt müzakirə edəcəyi məlum deyil.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır