Modern.az

Ərdoğanın bu qərarından şadam - Baş nazir

Ərdoğanın bu qərarından şadam - Baş nazir

Dünya

23 Oktyabr 2023, 20:26

“NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”.

 

Modern.az xəbər verir ki, bunu İsveç Baş naziri Ulf Kristersson "X" hesabında yazıb.

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ratifikasiya sənədlərini Türkiyə parlamentinə təqdim etməsini eşitməyə şadam. İndi parlamentin bu məsələ ilə məşğul olması qalır. Biz NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, - baş nazir bildirib.

 

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya üçün parlamentə göndərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!