Modern.az

XİN başçıları növbəti dəfə bu ölkədə toplaşacaq - Lavrov açıqladı

XİN başçıları növbəti dəfə bu ölkədə toplaşacaq - Lavrov açıqladı

Dünya

23 Oktyabr 2023, 20:41

"3+3" formatında növbəti görüş Türkiyədə keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Tehranda keçirilən görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

 

O bildirib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə XİN başçıları 2024-cü ilin birinci yarısında Türkiyədə görüşəcək.

 

Qeyd edək ki, bu gün keçirilən toplantıda Gürcüstan tərəfi iştirak etməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır