Modern.az

"3+3" toplantısında Qəzza da müzakirə edildi

Dünya

23 Oktyabr 2023, 22:56

Tehranda keçirilən Cənubi Qafqaz üzrə 3+3 formatında toplantının iştirakçıları Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə İranın dövlət informasiya agentliyi məlumat yayıb.

 

Bildirilir ki, Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirləri Qəzza zolağındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də başlayıb. İndiyədək İsrail tərəfində 1,4 min, Qəzza zolağında isə 4 mindən çox insan həlak olub.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!