Modern.az

Qaribaşvili Brüsselə gedir

Qaribaşvili Brüsselə gedir

Dünya

24 Oktyabr 2023, 10:40

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Komissiyasının sədrinin dəvəti ilə "Global Gateway Forum 2023"də iştirak etmək üçün Brüsselə səfərə gedib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Qaribaşvili “Nəqliyyat dəhlizləri” adlı işçi sessiyada təqdimatla çıxış edəcək.

 

Daha əvvəl "Bloomberg" analitikləri qeyd etmişdilər ki, forum strateji bölgələrdə Çinlə rəqabət aparmaq məqsədi daşıyır və Aİ “Bir Kəmər və Yol” təşəbbüsü ilə rəqabət aparmaq üçün öz sammitini keçirir.

 

Qaribaşvili əvvəllər bu təşəbbüsü Gürcüstan və Çin arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri adlandırmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!