Modern.az

İsrail BMT baş katibinin istefasını tələb edir - SƏBƏB

İsrail BMT baş katibinin istefasını tələb edir - SƏBƏB

Dünya

25 Oktyabr 2023, 09:00

İsrail BMT-nin baş katibi Antonio Quterreşin istefasını tələb edib.


Modern.az xəbər verir ki, Quterreşin BMT Təhlükəsizlik Şurasının İsrail-Fələstin müharibəsilə bağlı iclasında dediyi "HƏMAS hücumlarının təsadüfən baş vermədiyini də etiraf etmək vacibdir" sözlər rəsmi Tel-Əvivi qəzəbləndirib.

“Fələstin xalqı 56 ildir boğucu işğala məruz qalıb. Onlar öz torpaqlarının yaşayış məntəqələri və zorakılıqlar tərəfindən davamlı şəkildə tükəndiyini gördülər, onların iqtisadiyyatı boğulur, insanları didərgin salındı, evləri söküldü. Onların öz çətin vəziyyətlərinin siyasi həllinə olan ümidləri sönməkdədir”, - Quterreş bildirib.

Quterreş onu da əlavə edib ki, Fələstin xalqının şikayətləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz.

"Və bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz."

Quterreşin şərhləri İsraili qəzəbləndirib. İsrailin BMT səfiri Gilad Erdan Quterreşin fikirlərini  “şok” adlandırıb və baş katibin istefasını tələb edib. Xarici işlər naziri Koen isə Quterreşlə görüşünü ləğv edib.

“Uşaqların, qadınların və qocaların kütləvi şəkildə öldürülməsi kampaniyasına anlayış göstərən Baş katib BMT-yə rəhbərlik etməyə layiq deyil. Mən onu dərhal istefaya çağırıram”, - deyə səfir Gilad Erdan X mikrobloqunda yazıb.

“İsrail vətəndaşlarına və yəhudi xalqına qarşı törədilən ən dəhşətli vəhşiliklərə rəhm edənlərlə danışmağın heç bir əsası və mənası yoxdur”, - Erdan bildirib.

Müharibə ilə bağlı görüşlərdə iştirak etmək üçün Nyu Yorka səfər edən xarici işlər naziri Koen Quterreşlə planlaşdırılan görüşü ləğv etdiyini bildirib. Oktyabrın 7-də baş verənlərdən sonra o, deyib ki, “HƏMAS yer üzündən silinməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!