Modern.az

“Balticconnector”u Çin, yoxsa Rusiya zədələyib? - Lövbər tapıldı

“Balticconnector”u Çin, yoxsa Rusiya zədələyib? - Lövbər tapıldı

Dünya

25 Oktyabr 2023, 10:04

“Balticconnector” qaz kəmərinin zədələndiyi yerdə lövbər tapılıb.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Finlandiya polisi qaz kəmərinə ziyan vurduğu iddia edilən 6 tonluq lövbərin Çin gəmisinə aid ola biləcəyini güman edir.

 

Müstəntiqlər qaz kəmərinə dəymiş ziyanın qəsdən törədilməsi halının olub-olmadığını araşdırır.

 

Qeyd edək ki, sualtı qaz kəmərinin zədələnməsi oktyabrın 8-də məlum olub, onun təmiri azı 5 ay çəkəcək. Zərər baş verən zaman ərazidən Honq-Konq bayrağı altında üzən Rusiyanın nüvə yüklü konteyner gəmisi “Sevmorput” və Çinin “Newnew Polar Bear” yük gəmisi keçirdi. Polisin araşdırmaları Finlandiya rəsmilərinin sorğularına cavab verməyən Çin gəmisinə yönəldib.

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar