Modern.az

Avstraliyadan Ukraynaya yeni yardım paketi 

Avstraliyadan Ukraynaya yeni yardım paketi 

Dünya

25 Oktyabr 2023, 10:10

Avstraliya Ukraynaya daha 12.7 milyon dollar hərbi yardım edəcək

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yeni paketə, xüsusən də minatəmizləmə avadanlığı, portativ rentgen aparatları, 3D metal printer və Avstraliya şirkətləri tərəfindən istehsal olunan dron əleyhinə sistemlər daxildir.

 

Avstraliyanın Ukraynaya yardımının ümumi həcmi yeni paket nəzərə alınmaqla artıq 580 milyon ABŞ dollarına çatıb. Bundan əlavə, Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus "E-7A Wedgetail" təyyarəsi Ukraynaya beynəlxalq humanitar və hərbi yardımın mühüm qapısının qorunmasına yönəlmiş çoxmillətli səyləri dəstəkləmək üçün Almaniyanın Ramşteyn aviabazasına göndərilib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!