Modern.az

Antalyada ZƏLZƏLƏ

Antalyada ZƏLZƏLƏ

Dünya

25 Oktyabr 2023, 11:14

Türkiyənin Antalya vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Qazipaşa rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 31 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Episentr Aralıq dənizində yerləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!