Modern.az

Rusiyadan Ermənistana etiraz - Diplomat XİN-ə çağırıldı

Rusiyadan Ermənistana etiraz - Diplomat XİN-ə çağırıldı

Dünya

26 Oktyabr 2023, 18:14

Ermənistanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

 

“Oktyabrın 25- də Ermənistanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Onun diqqəti erməni xalqının təhlükəsizliyi naminə həyatlarını riskə atan və qurban verən Rusiya rəhbərliyinə, rus diplomatlarına və sülhməramlılarına yönəlmiş "odioz" nəşrlərə yönəlib ”, - Zaxarova vurğulayıb.

 

Onun sözlərinə görə, erməni diplomata “respublikanın informasiya məkanında , o cümlədən ictimai televiziya, hökumətin nəzarətində olan KİV və Telegram kanallarında davam edən anti-Rusiya kampaniyasının qəbuledilməzliyi” qeyd edilib .

 

“Əminəm ki, Ermənistan tərəfi söhbətin nədən getdiyini anlayır”, -Rusiya XİN sözçüsü vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!