Modern.az

Blinken və Ostindən Konqresə ÇAĞIRIŞ

Blinken və Ostindən Konqresə ÇAĞIRIŞ

Dünya

1 Noyabr 2023, 10:34

"Putin Yaxın Şərqdəki müharibənin Qərbin diqqətini yayındıracağı və ABŞ-ın Ukraynaya dəstəyi azaldacağı ümidi ilə HƏMAS-ın İsrailə hücumundan istifadə etməyə çalışır".

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

 

O xəbərdarlıq edib ki, Vaşinqton Kiyevə hərbi yardımı dayandırsa, digər Qərb ölkələri də ondan nümunə götürəcəklər.

 

ABŞ Müdafiə naziri Lloyd Ostin də məsələyə münasibət bildirib: "Mən zəmanət verə bilərəm ki, bizim dəstəyimiz olmasa, Putin uğur qazanacaq".

 

Hər iki siyasətçi ABŞ Konqresini Ukrayna və İsrail üçün vahid yardım paketini təsdiqləməyə çağırıb: "Çünki bu, Vaşinqtonun bütün dünyadakı düşmənlərinə güclü mesaj verir. Bu, ABŞ-ın milli təhlükəsizliyi ilə bağlıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək