Modern.az

Paşinyanın işçiləri az maşın sürəsi olacaq - SƏBƏB

Paşinyanın işçiləri az maşın sürəsi olacaq - SƏBƏB

Dünya

1 Noyabr 2023, 12:16

Ermənistanın baş naziri Nikol Paşinyanın aparatında daha az maşın olacaq.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu baş nazirin aparat rəhbərinin müavini Armenak Xaçatryan parlamentdə bildirib.

 

O deyib ki, say təxminən yarıya qədər ixtisar ediləcək və balansda 40 rəsmi avtomobil qalacaq.

 

Ermənistan parlamentinin tələbləri o qədər də "təvazökar" deyil. Onun aparatı 2024-cü ilə qədər tikinti işləri üçün artıq 16 milyon dollar istəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək