Rusiya Federasiyası Ermənistana Roma Statunun ratifikasiyası prosesi ilə bağlı təkliflər göndərib.
Modern.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosu Ermənistan rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, Rusiya Roma Statutunun ratifikasiyası prosesi ilə bağlı Ermənistana tövsiyyələr verib.
İrəvan Rusiyanın tövsiyələrinə uyğun cavab göndərib.
Oktyabrın 3-də Ermənistan parlamenti hakim “Mülki Müqavilə” fraksiyasının 60 səsi ilə “Roma statutu”nu ratifikasiya edib. Ermənistan prezidenti Vaaqn Xaçaturyan “Roma statutu”nun ratifikasiyası haqqında qanunu imzalayıb.
Rəsmi Moskva bəyan edib ki, Ermənistanın bu addımını ikitərəfli münasibətlər baxımından yanlış addım sayır.
Beynəlxalq Cinayət Məhkəməsi bu ilin martında ukraynalı uşaqların “qanunsuz deportasiyası” ittihamı ilə Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. “Roma statutu”nu ratifikasiya etmiş ölkələr, Putin onların ərazilərinə gələrsə, onu həbs etməyə borcludurlar.