Modern.az

Sülhməramlılar minaya düşdü - 8 nəfər yaralandı

Sülhməramlılar minaya düşdü - 8 nəfər yaralandı

Dünya

2 Noyabr 2023, 20:41

Malidə BMT sülhməramlılarına məxsus zirehli maşın minaya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə sülhməramlıların "X" hesabında məlumat yayılıb.

 

Hadisə nəticəsində səkkiz sülhməramlı yaralanıb.

 

“Bizim karvandakı zirehli avtomobil Qaoya (Mərkəzi Malinin şimal-şərqində yerləşən şəhər - red.) gedərkən əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Səkkiz sülhməramlı yaralanıb və onlar Qaoya təxliyə ediliblər”, - deyə məlumatda bildirilir.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...