SSRİ-nin Xalq artisti Alla Puqaçova Rusiyaya qayıdıb.
Modern.az xəbər verir ki, bu barədə “Baza” kanalı məlumat yayıb.
Bildirilir ki, o, noyabrın 2-si axşam saatlarında Pskov vilayətindəki sərhəd keçid məntəqəsindən ölkəyə daxil olub.
"Daha sonra Puqaçova qara rəngli “Camry”yə əyləşərək yola düşüb”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Puqaçova ailəsi ilə birlikdə İsraili tərk edərək Kiprə yerləşib.