Modern.az

Daha çox silah alarıq, amma problemimiz var - Mirzoyan

Daha çox silah alarıq, amma problemimiz var - Mirzoyan

Dünya

3 Noyabr 2023, 11:32

"İrəvan keçmiş hökumətlər dövründəkindən daha çox ölkədən daha çox silah ala bilər, lakin logistika ilə bağlı problemlər var".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

 

Müxalif “Hayastan” fraksiyasının deputatı Kristin Vardanyanın Ermənistandakı təhlükəsizlik vəziyyəti ilə bağlı sözlərini şərh edən XİN rəhbəri keçmiş hakimiyyətin müvafiq sahədə imzaladığı razılaşmaları “bir az da işə yaramayan” adlandırıb.

 

"Hazırkı proseslərə gəlincə, hazırda Ermənistan sərhədlərində ciddi insident yoxdur", - Mirzoyan qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!