Modern.az

Putin namizəd olmasa, onlardan biri prezident seçiləcək - İDDİA

Putin namizəd olmasa, onlardan biri prezident seçiləcək - İDDİA

Dünya

3 Noyabr 2023, 14:08

Rusiya prezidenti Vladimir Putin gələn il prezident seçkilərində iştirakdan imtina edərsə, hazırda hakimiyyətdə vəzifə tutan başqa bir namizəd ölkənin yeni rəhbəri ola bilər.

Modern.az xəbər verir ki, bu barədə yazan Amerikanın Associated Press agentliyi mümkün namizədlərin adlarını da çəkib.

Agentlik iddia edib ki, Moskva meri Sergey Sobyanin, Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və Tula qubernatoru Aleksey Dyumin Putinin mümkün əvəzediciləri ola bilər.

 

Agentlik qeyd edir ki, 2010-cu ildən Moskvanın meri olan Sergey Sobyanin paytaxt üçün çox işlər görüb. “Yeni istirahət guşələri, piyada cığırları, idman qurğuları yaranıb, elektrik avtobusları səs-küylü köhnə trolleybusları əvəz edib və s.”, - məqalədə deyilir. Bildirilir ki, bütün bu nailiyyətlər prezident seçkiləri kampaniyası zamanı öz rolunu oynaya biləcək.

 

Məqalənin müəllifi Cim Hayntsın sözlərinə görə, Rusiya hökumətinin başçısı Mixail Mişustin Rusiya prezidenti olmağı planlaşdırmır. Yazıya görə, hazırkı mövqe Mişustinə daha çox yaraşır. “O, Rusiya Vergi Xidmətinin rəhbəri kimi əvvəlki vəzifəsində kifayət qədər səriştəli sayılan sakit texnokratdır. Baş nazir kimi o, administrasiyaya və nazirliklərə nəzarəti üçün 70%-ə qədər bəyənmə reytinqi alıb. Eyni zamanda, Mişustin fövqəladə vəziyyətdə 2024-cü ilə qədər prezident postunu tuta bilər. Bu, 1999-cu ildə Putinin prezident səlahiyyətlərini icra edən zaman baş verənlərə oxşar ola bilər.

 

Qeyd olunur ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevlə Putinin fikirləri çox oxşardır. “İndi o, Təhlükəsizlik Şurasının rəhbəri kimi Putinin Qərblə bağlı bəyanatlarını təkrarlayır və bəzən gücləndirir”, - müəllif yazır. Patruşev də Putin kimi neoliberal ideyaların əleyhinədir. Bundan əlavə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi ənənəvi dəyərlərin qorunmasının tərəfdarıdır. “Putin və Patruşev arasında paralellər heyrətamizdir. 10 ay fərqlə Leninqradda anadan olublar”, - məqalədə deyilir.

 

Aleksey Duminə gəlincə, müəllif bildiri ki, Tulanın meri illər ərzində münasibətlərinə görə bir neçə dəfə Putinin mümkün varisi kimi qeyd edilib. Məqalə müəllifi Dyuminin Rusiya Federasiyasının prezidentini bir dəfə ayı hücumundan xilas etdiyini də xatırladıb. Tulanın hazırkı qubernatoru 2014-cü ildə Krım müharibəsində iştirakı ilə tanınır.
 

Dmitri Medvedev yaxın tarixdə Rusiyanın üçüncü prezidenti olub. Müəllif yazır ki, əslində Medvedevin prezidentliyi dövründə də ölkəni baş nazir olan Putin idarə edirdi.
Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra Medvedev Rusiya ordusuna dəstək verərək, Qərb siyasətçilərini fəal şəkildə tənqid etməyə başlayıb. Bu da onun indiki hakimiyyətə sədaqətindən irəli gəlir.


Rusiyada prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək. Putin hələ ki namizəd olmaq istəyini açıqlamayıb. Hazırda prezident seçkilərində namizədliyi barədə yalnız Moskva yaxınlığındakı Dolqoprudnı Deputatlar Şurasının üzvü Boris Nadejdin danışıb.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək