Modern.az

Roma Papası çağırış etdi: Allah rizası üçün dayanın!

Roma Papası çağırış etdi: Allah rizası üçün dayanın!

Dünya

6 Noyabr 2023, 09:10

Roma Papası Fransisk İsrail və Fələstin münaqişəsi ətrafında yaranmış böhranın genişlənməyəcəyinə ümid etdiyini bildirib. O bu və digər münaqişələrdə iştirak edən uşaqların gələcəyini öldürməməyə çağırıb.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Papa Fransisk deyib ki, Yaxın Şərqdə çox sayda insanın ölümü münaqişə haqqında düşünməyə vadar edir. O, Allah rizası üçün dayanmağı və qan tökməyə son qoymağı xahiş edib.

Roma Papası sülh naminə bütün vasitələrdən istifadə ediləcəyinə, yaralılara yardım göstəriləcəyinə ümid etdiyini bildirib.

Roma Papası həmçinin çoxlu uşaq da daxil olmaqla girovların azad edilməsini və ailələrinə qaytarılmasını istəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək