Modern.az

Tehranda ibtidai siniflər onlayn dərsə keçir

Tehranda ibtidai siniflər onlayn dərsə keçir

Dünya

14 Noyabr 2023, 13:40

İranın paytaxtı Tehranda havanın çirklənməsinin artması ilə əlaqədar sabah ibtidai siniflər onlayn dərs keçəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Tehranın havanın çirklənməsi ilə bağlı fövqəladə vəziyyətlərin əlaqələndirilməsi üzrə işçi qrupu qərar verib.

 

Qərara əsasən, Tehranda bütün məktəbəqədər və ibtidai siniflər üzrə dərslər onlayn keçiriləcək.

 

Qeyd edək ki, havanın çirklənməsi ilə bağlı bu gün İsfahanın bəzi şəhərlərində bütün məktəblər bağlanıb. Ölkənin Meteorologiya Təşkilatı Tehranda havanın çirklənməsinin həyəcanverici mərhələyə çatdığını bildirib.

 

Vətəndaşlara avtomobillərin hərəkətini azaltmaq, açıq havada fiziki və idman fəaliyyətlərindən çəkinmək tövsiyə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək