Modern.az

Finlandiya-Rusiya sərhədi bağlana bilər

Finlandiya-Rusiya sərhədi bağlana bilər

Dünya

14 Noyabr 2023, 16:47

Finlandiyanın Daxili İşlər Nazirliyi yaxın vaxtlarda hökumətə Rusiya Federasiyası ilə sərhəd-keçid məntəqələrinin bağlanması təklifi hazırlayacaq.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mari Rantane məlumat verib.

 

Onun sözlərinə görə, son vaxtlar Rusiya-Finlandiya sərhədini müvafiq sənədlər olmadan keçmək istəyənlərin sayı artmaqdadır. Söhbət qanunsuz miqrasiyadan gedir. Finlandiya hakimiyyəti qaçqınların sayına Rusiyanın planlaşdırılan kampaniyasının səbəb olduğunu düşünür.

 

Əvvəllər qanunsuz miqrasiyanın artması səbəbindən ölkə hakimiyyəti Rusiya Federasiyasına velosipedlə girişi qadağan etmişdi. Qərar noyabrın 15-dən qüvvəyə minir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək