Misir prezidenti Əbdülfəttahu əs-Sisi ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Danışıqlar zamanı Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Putin “Rusiya vətəndaşlarının Qəzza zolağından çıxarılmasında hərtərəfli köməyə görə” Misirə təşəkkür edib.
Kremlin mətbuat xidməti həmçinin bildirib ki, söhbət zamanı hər iki tərəf “qan tökülməsinə tez son qoyulmasının, girovların azad edilməsinin və Qəzzanın mülki əhalisinə maneəsiz humanitar yardımın göstərilməsinin” vacibliyini vurğulayıb..