Modern.az

Qəzza zolağında nə qədər uşaq var?

Qəzza zolağında nə qədər uşaq var?

Dünya

15 Noyabr 2023, 08:12

Qəzza zolağında 1 milyondan çox uşaq var.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel bildirib.

 

O, fondun məlumatlarına istinadən qeyd edib ki, Qəzza zolağında eskalasiya başlayandan indiyədək 4,6 minə yaxın uşaq həlak olub, 9 minə yaxın azyaşlı isə yaralanıb. 

 

"Bir çox uşaq itkin düşüb və onların bina və evlərin dağıntıları altında qaldığı güman edilir", - Rassel vurğulayıb.

 

UNICEF daha əvvəl açıqlayıb ki, Qəzza zolağında hərbi əməliyyatların başlamasından sonra 300 mindən çox uşaq evlərini tərk etmək məcburiyyətində qalıb.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...