İsrailin baş naziri Benyamin Netanyahu girovların azad edilməsi üçün HƏMAS ilə danışıqlarda irəliləyiş olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.
Bildirilir ki, bu gün İsrail Nazirlər Kabineti sazişlə bağlı yekun qərar qəbul etmək üçün toplanacaq.
“Biz irəliləyiş əldə edirik. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq”, - deyə baş nazir qeyd edib.